Ehtiyac meyarı və yaşayış minimumu təsdiqləndi

  • 27 Dek - 2016
Prezident İlham Əliyev 2017-ci ilin büdcə zərfinə daxil olan iki qanunu imzalayıb. Novator.az-ın məlumatına görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği isə ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi isə 3,4 milyard manat olacaq.

Oxunma sayı: 187

Oxşar yazılar