Xalça Muzeyində ustad dərsləri – Foto

  • 13 Dek - 2016
Dekabrın 9-14-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərslər keçirilir. Xalça Muzeyindən Avropa.info-ya verilən məlumata görə, ustad dərslər özbək süzanə tikmələri üzrə mütəxəssis Madina Kasımbayeva tərəfindən keçirilir. İxtisasça tikmə ustası olan Madina Kasımbayeva 2005-ci ildən Özbəkistan İşgüzar Qadınlarının “Tadbirkor Ayol” adlı assosiasiyasında peşəkar təlim üzrə təlimçi işləyir. O, bir sıra təşkilat və müəssisələr tərəfindən keçirilmiş təlimlərdə, eyni zamanda sərgilərdə iştirak edib. Onun “Bahar nəfəsli süzanə” adlı ilk fərdi sərgisi 2008-ci ildə keçirilib. M. Kasımbayeva 2015-ci ildə “Daşkənd palakları” adlı Daşkənd tikmə məktəbini bərpa etmiş və elə həmin ildə YUNESKO və YUNESKO-nun Yüngül Sənaye Assosiasiyası tərəfindən keçirilmiş “Tekstil məhsulları” sərgisində “Keyfiyyət nişanı” sertifikatı ilə təltif olunub. Unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərslər “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır. 2

Oxunma sayı: 220

Oxşar yazılar