Gəncədə beynəlxalq konfrans keçirildi – Foto

  • 12 Dek - 2016
Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Avropa.info xəbər verir ki, konfransdan öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, nümayəndə heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami yurdu – qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosov Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Elmar Vəliyev Latviyanın sabiq Prezidenti Vayra Vike Freyberqa və Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldinə tövhələrinə və xidmətlərinə görə təşəkkür edib. Bildirib ki, Nizami Gəncəvinin təbliğatı istiqamətində Nizami Mərkəzinin fəaliyyəti danılmazdır. Çıxışlardan sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin “Fəxri Doktoru “adının verilməsi ilə əlaqədar ADAU-nun Elmi Şurasının qərarının oxunduqdan sonra diplom və mantiya təqdim olunub. Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Seragəldinə isə Gəncə Dövlət Universitetinin “Fəxri Doktoru “ adının verilməsi ilə əlaqədar GDU-nun Elmi Şurasının qərarı oxunduqdan sonra diplom və mantiya təqdim edilib. İcra başçısı onlara Nizami Gəncəvinin “Xəmsə”sini və ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təmsil edən şəxslərə Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin portret xalçalarını hədiyyə edib Gəncədə beynəlxalq konfrans keçirildi Gəncədə beynəlxalq konfrans keçirildi

Oxunma sayı: 165

Oxşar yazılar