Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və nümayəndə heyəti Gəncədə – Foto

  • 12 Dek - 2016
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti doktor xanım Vayra Vike Freyberqa, Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru, doktor İsmayıl Seragəldin və rəhbərlik etdikləri nümayəndə heyəti Gəncə şəhərinə işgüzar səfər ediblər. Nümayəndə heyəti Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Məqbərədə yaradılan şəraitlə tanış olublar. Sonra qonaqlar Nizami Muzeyində oldular. Heyət hər iki maddi mədəniyyət ocağında və onların ətrafında yaradılan şəraitlə tanış edilib. Muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Muzeyin xatirə kitabına konfrans istirakçıları ürək sözləri yazıblar. Xatirə şəkilləri çəkdirilib. 15135976_1830195347203686_5799254743518076463_n 15390880_1830194570537097_5871308214391728995_n 15400501_1830195280537026_5892045495601417291_n 15439770_1830194587203762_3337478046119375724_n 15492087_1830195217203699_7168771528764395835_n

Oxunma sayı: 275

Oxşar yazılar