Sürücülərin nəzərinə: Bu yol bağlanır (Foto)

  • 07 Dek - 2016
Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində təmir işləri ilə hərəkət məhdudlaşdırılır. Bu barədə Avropa.info-ya "Azəravtoyol" ASC-dən məlumat verilib. Bildirilir ki, aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq, dekabrın 8-dən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq. Sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Oxunma sayı: 264

Oxşar yazılar