Bir istefa dünya birjalarında avronu çökdürdü

  • 05 Dek - 2016
Avronun kursu keçən ilin marıtından etibarən ən minimum göstəricisinə - 1,5005 dollara enib. Avropa.info xəbər verir ki, avronun belə kəskin düşüşünə səbəb İtaliyada konstitusiya islahatı ilə bağlı referendumun nəticələri olub. Referendum zamanı italyanlar baş nazir Matteo Rentsinin təkliflərinə yox deyib. Nəticə olaraq Matteo Rentsi istefa verdiyini bəyan edib. Qeyd edək ki. bu qərar Avropa Birliyi üçün təhlükə yaradan növbədənkənar parlament seçkisinə gətirə bilər.

Oxunma sayı: 517

Oxşar yazılar