"İrana qaçaq keçib, izi itirəcəkdim" – Prorektorun seyfini yaranlar

  • 01 Dek - 2016
Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə davam edib. Avropa.info  lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüqar Vəliyev ifadə verib. O, ifadəsində ittiham üzrə özünü təqsirli hesab etməyib. "Bu işi qurmamışam. Pul çatmayıb mənə. Sübhan da qeyd etdi ki, pulun 20 mini mənə verilməliydi. Polisə də etiraf etdim ki, pulu Sübhan aparıb. Minur müəllim mənə zəng elədi, Sübhanın yerini soruşdu, polislərə onun ünvanını göstərdim". Təqsirləndirilən Sübhan Ələkbərov V. Vəliyevin ifadəsinə etiraz edib: "Planı birlikdə qurmuşuq. Hətta izi itirmək üçün əvvəlcə İrana gedim, sonra qaçaq yolla Azərbaycana gəlib prorektorun iş otağından seyfi oğurlayım, sonra yenə İrana qayıdım. Yəni, araşdıranda görsünlər ki, mən İranda olmuşam" Proses dekabrın 13-ü davam etdiriləcək.

Oxunma sayı: 88

Oxşar yazılar