İran pulu da devalvasiyaya uğradı

  • 30 Noy - 2016
Son bir ayda ABŞ dollarına nisbətdə İran rialı ucuzlaşıb. Avropa.info xəbər verir ki, “qara bazar”da bir dolların dəyəri 38000 rialı keçib. Bir ay əvvəl isə onu dəyəri 35000 rial idi. İran Mərkəzi Bankı 29 noyabrda rialın kursunu 32 091 rial elan edib. “Qara bazar”da isə dolların qiyməti 6000 rial çoxdur. Rialın ucuzlaşmasına səbəb kimi Trampın ABŞ prezidenti seçilməsi, rəsmi Tehranın “çirkli pullar”ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə planları göstərilir.    

Oxunma sayı: 473

Oxşar yazılar