"Şahdəniz-2" layihəsi ilə bağlı yeni müqavilə imzalanıb

  • 19 Noy - 2016
İtaliyanın "Saipem" və "Lighthouse" şirkətləri "Şahdəniz-2" layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə müqavilə imzalayıb. “Lighthouse”un Azərbaycan ofisi ilə bağlanılan müqavilə 2018-ci ildən başlayaraq 4 il müddətində qüvvədə olacaq. Bununla da hər iki şirkət 2022-ci ilə qədər əməkdaşlıq etmək niyyətində olduqlarını açıqlayıb. “Lighthouse”un baş direktoru Enriko Sassi (Enrico Sassi) Azərbaycanda işləməkdən məmnun olduqlarını qeyd edib. Qeyd edək ki, “Şah Dəniz” qaz yatağının işlənməsinin ikinci fazası çərçivəsində konsorsiuma İtaliyanın “Snam” şirkəti ilə yanaşı “Bos-Shelf” və “Star Gulf” kimi şirkətlər də daxildir.
Report

Oxunma sayı: 407

Oxşar yazılar