Xaçmazda dəhşətli cinayət: Qulağını kəsdilər

  • 19 Noy - 2016
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Avropa.info APA-ya istinadən bildirir ki, Xaçmaz şəhər sakini, 1978-ci il təvəllüdlü Dadaşov Vahid Gülbala oğlu müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona üzün sağ tərəfinin və qulaq seyvanının kəsilmiş yarası diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilən V.Dadaşovun vəziyyəti stabildir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxunma sayı: 264

Oxşar yazılar