Azərbaycan - Almaniya matçı Respublika stadionunda

  • 14 Noy - 2016
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı dəqiqləşib. Avropa.info apasport.az-a istinadən xəbər verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan - Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb. Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb. Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu 2017-ci il martın 26-da Bakıda keçiriləcək.

Oxunma sayı: 231

Oxşar yazılar