Rusiyadan 17 min siqaret gətirirdi, "ilişdi"

  • 12 Noy - 2016
Rusiya Federasiyası  istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına  daxil olan  Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən Avropa.info-ya verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı: 396

Oxşar yazılar