"Neftçi" xorvatiyalı futbolçu ilə müqaviləni pozdu

  • 10 Noy - 2016
"Neftçi" klubu xorvatiyalı futbolçu Dario Melnyakla müqaviləyə xitam verib. Klub xəbər verir ki, müqaviləyə xitam verilməsi hər iki tərəfin qarşılıqlı razılığı əsasında baş tutub. 24 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu Belçikanın "Lokeren" klubuna qayıdıb. Qeyd edək ki, Melnyak bu ilin yayında "Neftçi"yə transfer olunub. O, Bakı klubunda icarə əsasında çıxış edib.
Report

Oxunma sayı: 319

Oxşar yazılar