Yunan azarkeşlər PAOK - "Qarabağ" oyunu öncəsi təxribata əl atıblar - Stadiona Ermənistan bayrağı gətirdilər, amma...

  • 04 Noy - 2016
Hazırda  Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda start götürən Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.
"Report" xəbər verir ki, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.
Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.
İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.

Oxşar yazılar