Londonda döyüşü udan idmançımız qələbəsini xalqımıza həsr etdi - Foto

  • 31 Okt - 2016
İngiltərə paytaxtında AFSO K-1 versiyası üzrə dünya çempionluğu uğrunda döyüş keçirilib.   Avropa.info-ya bu barədə məlumatı yarışın təşkilatçısı London Qafqaz Kikboksinq Klubunun rəhbəri, tanınmış kikboksçu Hafiz Baxşəliyev məlumat verib. O deyib ki, bu ilin aprel ayında Bəxtiyar İsgəndərzadə Almaniyada Rusiyanı təmsil edən çeçen idmançı ilə AFSO K-1 qaydaları üzrə 65 kg Avropa çempionu tituluna sahib olmaq üçün rinqə çıxmışdı: "Həmin döyüşü Bəxtiyar qazanaraq AFSO dünya çempionu titulu üçün ilk iddiaçı oldu.   Təşkilatçılığımız ilə 29 Oktyabr 2016 tarixində Londonda baş tutan yarışda, ikinci əsas iddiaçı isə ingilis Daniel Şortman oldu". Onun sözlərinə görə, 5 raundluq döyüşün ikinci raundunda Bəxtiyar rəqibini nokdaun vəziyyətinə salsa da Şortman böyük əzmkarlıqla yarışı sona çatdırıb: "Hakimlərin yekdil qərarı ilə Bəxtiyar dünya çempionu oldu. İdmançımız qələbəsi ilə bizə böyük fəxr hissi yaşadaraq qələbəsini Azərbaycan xalqına həsr etdi.   Bu yarışda azərbaycanlılardan bizə dəstək olan əfqan və türkiyəli azarkeşlərə də minnətdarlığımızı bildiririk”. Elnur Eltürk

Oxşar yazılar