Messinin oğlu "Barselona"da ilk məşqinə çıxdı

  • 29 Okt - 2016
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin oğlu Kataloniya komandasında ilk məşqinə çıxıb. Bu barədə "sport.es" portalının jurnalisti Alberto Roxe öz "Twitter" səhifəsində məlumat verib. "Messinin oğlu Tyaqo artıq "Barselona"da məşqlərə başladı", - deyə o yazıb. Dörd yaşlı Tyaqo Messi ilk təlimini "Barselona Məktəbi" layihəsi çərçivəsində alıb. Layihə 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Report

Oxunma sayı: 396

Oxşar yazılar