Bakıda böyük dələduzluq: 60 baş maral...

  • 29 Okt - 2016
Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib. Report-un xəbərinə görə, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-cü il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.  

Oxunma sayı: 77

Oxşar yazılar