Quba-Xınalıq yolunda hərəkət bərpa olundu

  • 29 Okt - 2016
Quba-Xınalıq yolunun 35-ci kilometrliyində dağ uçqunu nəticəsində bağlanan yolda avtomobillərin hərəkəti bərpa olunub. Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, oktyabrın 28-də günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu baş verib. Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddət ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub. Trend

Oxunma sayı: 165

Oxşar yazılar