Akif Mustafayev İspaniyada deyil - Vəkil

  • 28 Okt - 2016
Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində 10 gün əvvəl saxlanılıb, elə həmin gün də azadlığa buraxılıb. Mustafayevin vəkili Abbas Atakişiyev belə deyib. A. Atakişiyev bildirib ki, A. Mustafayev axtarışda olduğu üçün saxlanılıb. Vəkil A. Mustafayevin hansı səbəbdən azadlığa buraxıldığını bilmədiyini söyləyib. A. Mustafayevin hazırda İspaniyada olmadığını da qeyd edən vəkil onun hansı ölkədə olduğunu açıqlamaq istəmədiyini bildirib.
APA
 

Oxşar yazılar