İsveç kronu son 7 ilin minimum səviyyəsinə düşdü

  • 28 Okt - 2016
İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə enib. Buna səbəb İsveç Mərkəzi Bankının oktyabrın 27-də keçirdiyi növbəti iclasında mənfi 0,5% olan uçot dərəcələrini dəyişdirməməsi olub. Mərkəzi Bank daha 6 ay uçot dərəcələrini -0,5% səviyyəsində saxlamağa qərar verib. Qərardan sonra dolların məzənnəsi 9,0433 krona yüksələrək oktyabrın 26-dakı məzənnə ilə müqayisədə 1,47% artıb. Son dəfə dolların məzənnəsi 2009-cu ilin martında 9 krondan baha olub. Avronun məzənnəsi isə dünən 9,8706 krona yüksəlib. Cari məzənnə bundan əvvəl 2010-cu ilin may ayında bugünkü səviyyədə olub. Mənfi uçot dərəcələrinin 2009-cu ildə tətbiq edilməsi İsveç iqtisadiyyatına son 7 ildə müsbət təsir göstərib, işsizliyi azaldıb, ÜDM-i artırıb, amma inflyasiyanı hədəf 2% səviyyəsinə çatdırmağa yetməyib.
Report

Oxunma sayı: 385

Oxşar yazılar