"Əfqan qızı" həbs olundu - Onu 14 ilə qədər həbs gözləyir

  • 26 Okt - 2016
“Agence France-Presse”in yaydığı məlumata görə 12 yaşında ikən şəkli “National Geographic” jurnalının üz qabığında dərc olunan “əfqan qızı” həbs olunub. Avropa.info xəbər verir ki, bütün dünyanın “əfqan qızı” olaraq tanıdığı Şərbət Gula saxta şəxsiyyət vəsiqəsi istifadə etməkdə ittiham olunur. Əldə olunan məlumata görə Şərbət Gulanın Pakistanda həbs olunduğu bildirilir. Pakistan və Əfqanıstana adi iki şəxsiyyət vəsiqəsi olan qadından hər iki şəxsiyyət vəsiqəsi alınıb. Evindən həbs olunaraq aparılan Gulanın cinayətinin sübuta yetiriləcəyi təqdirdə onun yeddi ildən 14 ilə qədər azadlıqdan məhrum olunacağı bildirilir. Xatırladaq ki, 1985-ci ildə “National Geographic” jurnalının fotoqrafı olan Stiv Makkuri Şərbət Gulanın 12 yaşında ikən fotosunu çəkmiş və foto jurnalın üz qabığında dərc olunmuşdu. “Əfqan qızı” kimi məşhurlaşan Gulanın ikinci fotosu isə 2002-ci ildə mətbuatda yayılmışdı.

Oxunma sayı: 231

Oxşar yazılar