Hillari Klintondan FTB agentinə siyasi rüşvət - ABŞ-da seçki öncəsi yeni qalmaqal

  • 26 Okt - 2016
ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun yaxın bir dəstəkçisinin sabiq dövlət katibinin poçt qalmaqalını araşdıran FTB xəfiyyəsinin yoldaşına 675 min dollar verdiyi iddia olunub. Avropa.info xəbər verir ki, ABŞ-da bu ilin noyabr ayının 8-də keçiriləcək olan seçkilər öncəsi qalmaqallar bitmək bilmir. “Wall Street Journal”ın yaydığı xəbərə görə Hillari Klintonun yaxın dostu və dəstəkçisi Virciniya valisi Terry Makaulif FTB-nin direktor müavini olan Endryu Makkabenin yoldaşına rüşvət olaraq pul verib. Jill Makkabenin əyalət senat kampaniyasına Makaulifin siyasi fəaliyyət komitəsindən 467500, Virciniya Demokratik Partiyasından isə 207788 dollar pul verildiyi məlum olub. Verilən pulların FTB-nin Hillari Klintonun elektron ünvanı ilə bağlı qalmaqalın istintaqa verildiyi 2015-ci ilin iyul ayından 2 ay sonra köçürüldüyü bildirilir.

Oxunma sayı: 198

Oxşar yazılar