İraqda dünya gücləri arasındakı savaşda türkmən sorunu - Türkmənlər niyə bölünüblər?

  • 26 Okt - 2016
Türkiyənin  AKP  hökumətinə yaxın  "Timeturk" saytının  və "Diriliş  Postası" qəzetlərinin azərbaycanlı yazarı Furkan Azəri  son zamanlar İraqda baş verənlər və bu ölkədə yaşayan türkmənlərin  mövcid durumu haqda yazı qələmə alıb.
Avropa.info-nun elektron poçtuna göndərilən həmin yazını oxucularımıza təqdim edirik.
Kərkük türkmənləri ilə bağlı sosial şəbəkələrdə canfəşanlıq edənlərin 3 ay öncəki paylaşımlarına baxsanız Ərdoğan əleyhinə olduqlarının şahidi olarsınız. Yəni bu şəxslər bir növ güclü Türkiyə əleyhinə aparılan təbliğatın regional ünsürləridir. Türk dünyası deyərkən ağıla gələn ilk ölkə əlbəttə ki, Türkiyədir.
Belə olduğu halda Türkiyəyə qarşı olan münasibətin millətçiliklə əlaqəsi yoxdu. Əksinə molla rejiminin təbliğatının nəticəsidir. Bir qisminin isə məsələnin içindən xəbəri yoxdur. Sadəcə kor koranə millətçilik arxasınca düşüb.
Məsələn : Deyirlər ki, İŞİD Kərkükə hücum etdi türkmənləri qırdı. İŞİD-in  nəinki müsəlmanlara, ümumiyyətlə bütün bəşəriyyətə qarşı qırğınlar törədən bir təşkilat olduğu gün kimi aydındır. Amma məsələnin görsənməyən hissəsini bizim millətçilərə açıqlamaq istəyirəm. İraq türkmənləri ayrı-ayrı dövlətlərin maraq dairəsinə və məzhəblərinə uyğun olaraq iki hissəyə ayrılıblar. Birinci hissəsi İranın başını çəkdiyi radikal qruplaşma olan "Haşdi Şəbi"nin tərkibindədir və 30000 əsgərinin olduğunu iddia edirlər.
İraqdakı sünni məzhəbdən olan dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilən cinayətlərin böyük bir hissəsi bu qruplaşmanın payına düşür.İkinci hissəsi isə bizim "millətçilərin"görmədiyi sünni məzhəbindən olan türkmən dinc əhalidir. Onların bir hissəsi keçmişdə Nuri əl Maliki höküməti, indi isə İbadi hökümətinin apardığı siyasət nəticəsində diskriminasiyaya uğrayaraq ölkədən qaçmaq məcburiyyətində qalmış, bir hissəsi isə kürd  peşmərgənin nəzarəti altında olan torpaqlarda yaşayırlar.
Qeyd edim ki, bu məzhəb ayrı seçkiliyi ərəblərə də tətbiq olunur. Səddam Hüseyn devrildikdən sonra İraq torpaqlarının bütövlüyünü saxlamaqla kürd, şiə və sünnilərə muxtariyyət statusu ala biləcəyi vədi (?) verilsə də, praktikada bu belə olmadı. Sünnilərin mərkəzləşməsini istəməyən dünya güclərinin növbəti planı isə daha amansız idi. İran təmayüllü radikal şiə mərkəzli hökümətin sünnilərə qarşı apardığı qətliamın qarşısına çıxacaq bir qüvvə lazım idi. O vaxtkı adı ilə İİD, indi isə İŞİD olan bu təşkilat bu fürsətdən istifadə etmək üçün daha təsirli bir mövqeyə sahib olmağa başladı. Avam xalqın isə bu şiddət qarşısında keçmiş cəlladlarına dəstək verməkdən başqa şansı yox idi.
Amma bir nüansı diqqətdən qaçırdılar. Bu isə ondan ibarət idi ki, İranmeyilli hökümətinin bütün sünni xalqı qırmaq üçün artıq bəhanəsi vardı. Beynəlxalq təşkilatlar isə bu baş verənləri göz ardına vururdu.Ola bilsin ki,İraqda antik şəhər yoxdur, yoxsa qıraqdan qınamaqla yetinməz, dərhal müdaxilə edərdilər. Yuxarıda qeyd edilən Haşdi Şəbi  təşkilatına bağlı İraq Könüllü Türkmən Gücləri nin mətbuat katibi Əli Əl Hüseyni belə deyir : , beynəlxalq təşkilatlar isə bu baş verənlərə göz yumur. O , həmçinin  belə deyir : ‘’Biz Ərdoğana deyirik ki, Allaha and olsun ki, əgər əlini İraq torpaqlarına uzadarsa biz burdakı qruplardan öncə o əli qırarıq.’’ Digər tərəfdən isə bir çox Haşdi Şaabi rəhbərləri də oxşar bəyanatlar verdi. Ən maraqlısı isə bu idi :’’Biz Mosula girib həzrəti Hüseynin intiqamını alacağıq.’’ Əcəba bu intiqamı kimdən alacaqlar?
Son olaraq bizim millət olaraq praktiki yardımlarımız barədə bir-iki cümlə yazmaq istəyirəm. Biz azərbaycanlılar millət olaraq türkük və dinimiz də islamdır. Hər iki istiqamətdə həssas və yardımsever olduğumuzdan bizi tez aldadırlar. Millətçilərimiz son dönəmlərdə Türkmən dağı, Hələb, və digər bölgələrdəki qətliamları kənardan izləməklə kifayətləndilər. Bəzi dindarlar isə təssüf ki, İŞİD kimi  radikal təşkilatlara qoşuldular.

Oxunma sayı: 253

Oxşar yazılar