Böyük Britaniya Rusiya sərhədinə tanklar,dronlar göndərir

  • 26 Okt - 2016
Böyük Britaniya Şərqi Avropaya tanklar, dronlar və 800 hərbi qulluqçu göndərməyi planlaşdırır. Avropa.info xəbər verir ki, Britaniyanın bu addımı atması regionda Rusiya hərbi təcavüzünün artan riski ilə bağlıdır. Xarici işlər naziri Maykl Fellon bildirib ki, krallıq qoşunları Estoniyada 2017-ci ilin sonunadək yerləşdiriləcək. Britaniya qoşunlarına Fransa və Danimarka da qoşulacaq. Birləşmələrin tərkibinə Çellencer-2 tankları daxil olacaq. Fellonun sözlərinə görə Pribaltikaya yaxşı silahlanmış, ağır hərbi birləşmələr göndəriləcək. NATO sadəcə hərbi güc yerləşdirdiyini deyil, alyansın regionu Rusiyadan qoruya biləcəyini də nümayiş etdirmək istəyir.    

Oxunma sayı: 154

Oxşar yazılar