"ByLock" əməliyyatında üçüncü dalğa - 125 polis haqqında həbs qərarı verildi

  • 26 Okt - 2016
İstanbul Baş Polis İdarəsində çalışan Gülən camaatının istifadə etdiyi “ByLock” proqramından istifadə etdiyi müəyyən olunan 125 polis haqqında həbs qərarı verilib. Avropa.info xəbər verir ki, haqlarında həbs qərarı verilən 125 nəfərə qarşı keçirilən əməliyyat zamanı 81 polisin həbs olunduğu bildirilir. Əldə olunan məlumata görə İstanbulda “ByLock” istifadəçilərinə qarşı 3-cü dalğa əməliyyatına start verilib. Bu çərçivədə İstanbul Baş Polis İdarəsinin 125 əməkdaşının haqqında “ByLock”dan istifadə etdiyi üçün həbs qərarı verilib. Həbs qərarından sonra əməliyyata başlayan İstanbul Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında təşkil olunan əməliyyatlarda 81 polisi həbs ediblər. Xatırladaq ki, İstanbulda bundan əvvəl də təşkil olunan “ByLock” əməliyyatında 181 polis həbs olunmuşdu.

Oxunma sayı: 220

Oxşar yazılar