ABŞ rəsmisindən gözlənilməz açıqlama - "Terror təşkilatıdır"

  • 26 Okt - 2016
ABŞ prezidenti Barak Obamanın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makgurk PKK-nın terror təşkilatı olduğunu açıqlayıb.   Avropa.info xəbər verir ki, Bağdadda təşkil etdiyi mətbuat konfransında çıxış edən Makgurk Mosul əməliyyatının əvvəlcədən müəyyən olunan plan çərçivəsində davam etdiyini və irəliləyişin olduğunu, ancaq bu əməliyyatın çətin olacağını və zaman alacağını açıqlayıb. "İŞİD kiçik qruplar halında Kərkük və Rutbada olduğu kimi fərqli yerlərdə də fəaliyyət göstərir. Bu kimi halların artacağını da düşünürük" deyən Makgurk daha sonra PKK haqqında sualları cavablandırıb. "PKK terror təşkilatıdır və Türkiyə ilə Kürd Regional Muxtariyyətinə qarşı təhdid meydana gətirir" deyən Makgurk bu problemin kürdlərlə mərkəzi hökumət arasında həll edilməsi lazım olduğunu söyləyib.

Oxunma sayı: 121

Oxşar yazılar