Son dəqiqə: PKK-nın siyasi qolu HDP həmsədri Yüksəkdağ haqqında cinayət işi açıldı - PKK-nı "xalq azadlıq" təşkilatı adlandırmışdı

  • 26 Okt - 2016
PKK-nın siyasi qolu HDP  həmsədri Figən Yüksəkdağ haqqında cinayət işi açılıb. Avropa.info xəbər verir ki, Yüksəkdağ  ötən il  Almaniya səfəri zamanı  "Deutsche Velle" qəzetinə verdiyi müsahibədə PKK-nın müdafiə etdiyi üçün istintaqa cəlb olunub. İddianamədə  8 avqust 2015-ci ildə Almaniyada olduğu zaman alman qəzetinə verdiyi müsahibədə müxbirin "kürd mənşəli siyasətçilər tərəfindən qurulan  HDP-nin PKK ilə əlaqəsi olduğu deyilir. Buna nə deyirsiniz" sualına cavab verərkən Yüksəkdağın terror təşkilatını müdafiə etdiyi bildirilir. Qeyd edək ki, Yüksəkdağ alman qəzetinin bu sualına belə cavab vermişdi: "PKK bir xalq azadlıq hərəkatıdır. Eyni zamanda demokratiya və bərabərlik mübarizəsi verən bir təşkilatdır. Bizlər PKK-nın bu məqsədlərə çatmaq üçün istifadə etdiyi üsulları qəbul etmirik. Ancaq onu da qəbul etməliyik ki, tətbiq etdiyi proqram terror deyil".

Oxunma sayı: 176

Oxşar yazılar