RYTN-in İranda həbs olunan əməkdaşı 4 il sonra Azərbaycana qaytarıldı

  • 25 Okt - 2016
2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən “Aztelekom” MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib. Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: “Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib”.
APA

Oxunma sayı: 352

Oxşar yazılar