İcra nümayəndəliyinin binasını yardılar

  • 25 Okt - 2016
Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib. Report-un məlumatına görə, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrafon və kamera oğurlayıblar. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəlaiyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Oxunma sayı: 451

Oxşar yazılar