Xorvatiyanın prezidenti İlham Əliyevlə görüşdü - Foto

  • 24 Okt - 2016
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.   Avropa.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Prezidentinə raport verdi. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.  Prezident İlham Əliyev və Prezident Kolinda Qrabar-Kitaroviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.  Xorvatiya Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub. 1477292037_14772880121210464828_1000x6691 1477292087_14772880122054939151_1000x6691 1477292052_14772880122598114630_1000x6691 1477292116_1477288012348210281_1000x6691 1477292081_1477288012415524317_1000x6691 1477292074_14772880124465630971_1000x6691 1477292082_14772880124718328525_1000x6691 1477292061_14772880124894637228_1000x6691 1477292132_14772880125935023013_1000x6691 1477292088_1477288012627611141_1000x6691 14772880122373760946_1000x669

Oxunma sayı: 187

Oxşar yazılar