"Araz"ın 9 potensial rəqibi bəllidi

  • 15 Okt - 2016
Futzal üzrə UEFA kubokunun elit-raundunun iştirakçılarından 10-u bəllidi. Avropa.info apasport.az-a istinadən xəbər verir ki, yarışa birbaşa bur mərhələdən başlayacaq 4 komandaya daha 6-sı qoşulub. Bununla da Azərbaycan çempionu "Araz"ın 9 potensial rəqibi müəyyənləşib. Çempionumuz kimi Kosovonun "Feniks", Portuqaliyanın "Sportinq", Çexiyanın "Xrudim", Latviyanın "Nikars", Rumıniyanın "Tırqu Mureş" komandaları da əsas mərhələdə ilk iki pillədə qərarlaşıb. Rusiyanın "Dinamo" və "Yuqra", İspaniyanın "İnter", Qazaxıstanın "Kayrat" klubları isə birbaşa elit-raunda qatılacaq. Daha 6 komandanın adına isə əsas mərhələnin son oyunlarında aydınlıq gələcək. Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.

Oxunma sayı: 341

Oxşar yazılar