Dünya

Polşada fəlakət: minlərlə hərbçi cəlb edilib

23 Sentyabr 2024, 10:034
Reklam728x90
Reklam320x100

Avropa.info xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.

Ehtiyatda daha üç min əsgərin gözlədiyi qeyd edilir.

Ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçikin sözlərinə görə, səfərbər olunanların əksəriyyəti hərbi əməliyyat qüvvələrinin sıralarından – demək olar ki, 14 min nəfər, Ərazi Müdafiə Qüvvələrinin isə 8 mindən çox hərbi qulluqçusu olub.

“Hərbi jandarm və Varşava qarnizonunun komandanlığı və hərbi universitetlərin əsgərləri də daşqınla mübarizəyə cəlb edilib”, – media yazır.

Öz növbəsində Polşanın maliyyə naziri Anjey Domanski bildirib ki, daşqının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının vəd etdiyi 5 milyard avro məbləğində yardım kifayət etməyə bilər. Eyni zamanda, Polşa hökuməti həftənin əvvəlində ilk dəfə olaraq ölkənin cənub-qərbində yerləşən ərazilərdə təbii fəlakət vəziyyəti elan edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600