Dünya

Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

11 Dekabr 2025, 12:0114
Reklam728x90
Reklam320x100

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş üçün icazə ala bilmədiyi üçün Sankt-Peterburqa enməyə məcbur olub.

Avropa.info “Moskovski Komsomolets”ə istinadən xəbər verir ki, ACJ319 enişə icazə ala bilmədiyi üçün təxminən bir saat Tver vilayəti üzərində dövrə vurub, lakin sonda “Pulkovo” hava limanına yönləndirilib.

Hava nəqliyyatının pozulmasına son dövrlərdə Moskva bölgəsində baş verən ən böyük dron hücumlarından biri səbəb olub.

Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Moskva bölgəsi üzərində 32 PUA-nı vurub. Sakinlər Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubnada partlayış səslərinin eşidildiyini bildiriblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600