Mədəniyyət

“Onu geri çağıraq” təklifinə xalq artistinin cavabı

11 Aprel 2025, 13:4268
Reklam728x90
Reklam320x100

Mənə heç bir rəsmi müraciət edilməyib. Ona görə bu suala cavab vermək istəmirəm.

Avropa.info xəbər verir ki, Bu sözləri Kult.az-a xalq artisti Cahangir Novruzov Milli Məclisdə onun ölkəyə qaytarılması ilə bağlı səsləndirilən təklifə münasibət bildirərkən deyib.

“Bu, bir rəsmi işdir, dövlət işidir, mənim buradan qalxıb ora getməyim var. 30 ildir buradayam. Heç bir şeydən xəbərim yoxdur. Bu danışılmalıdır, mənə söylənməlidir. Hər şey qərarlaşdıqdan sonra gəlib-gəlməməklə bağlı açıqlama verərəm”, – o bildirib.

Qeyd edək ki, bu gün MM-in iclasında millət vəkili Səyyad Aran Cahangir Novruzovun ölkəyə dəvət edilməsi təşəbbüsü ilə çıxış edib.

C.Novruzov hazırda Türkiyədə fəaliyyət göstərir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600