Mədəniyyət

Oktayla Fahriyenin serialında bu tanınmışlar da çəkiləcək

30 İyul 2026, 07:2314
Reklam728x90
Reklam320x100

Türkiyənin ATV kanalında yayımlanacaq və yeni mövsümün iddialı layihələrindən biri sayılan “Hamal” serialının hazırlıqları davam edir. Baş rollarını məşhur aktyorlar Oktay Kaynarca və Fahriye Evcənin canlandıracağı ekran əsərinin aktyor heyəti daha da genişlənib.

Avropa.info-nun məlumatina görə Sentyabr ayında çəkilişlərinə başlanılması planlaşdırılan serialın ssenarisini Oktay Kaynarca qələmə alıb.

Kriminal dram janrında çəkilən ekran əsərində daha səkkiz tanınmış aktyorun rol alacağı dəqiqləşib. Layihəyə qoşulan aktyorlar bunlardır:

Erdal Özyağcılar
Sarp Akkaya
Burak Tozkoparan
Ozan Akbaba
Eren Vurdem
İncinur Daşdəmir
Görkem Sevindik
Pelin Akil

Serialda Oktay Kaynarca “Hamal Halil”, Fahriye Evcen isə “Məryəm” obrazını canlandıracaq. Hadisələrin əsas hissəsi İstanbulun tarixi məhəllələrində cərəyan edəcək.

Yeni mövsümdə tamaşaçılarla görüşəcək “Hamal” serialının güclü aktyor heyəti və mövzusu ilə diqqət çəkəcəyi, mövsümün ən çox izlənilən layihələrindən biri olacağı gözlənilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600