Nigeriyanın Plato əyalətində baş verən silahlı hücumda 9 nəfər həyatını itirib.
Avropa.info xəbər verir ki, Naməlum silahlı şəxslər Plato əyalətinin Barkin Ladi bölgəsinə gələrək atəş açıblar.
Hücum nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Digər tərəfdən Nigeriya ordusundan verilən açıqlamada əyalətin Şere, Qvafan və Maza bölgələrində silahlı dəstə üzvlərinə qarşı əməliyyatların aparıldığı bildirilib.
Açıqlamada əməliyyatlar zamanı 11 silahlı dəstə üzvünün saxlanıldığı qeyd edilib.
Əyalətdə iyul ayında Platoda ara-sıra silahlı hücumlar təşkil edən dəstə üzvlərinin həyata keçirdikləri hücumlarda 10-a yaxın adam həyatını itirib.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalıb.




























