16 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Mütəllim Rəhimli: “Bu qüvvələr partiya daxilində nifaq salmağa çalışırlar”

Aprel 30, 2025
Siyasət
A A

Ədalət Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimli mətbuat konfransı keçirib.

Avropa.info xəbər verir ki, partiyanın Təşkilat Komitəsinin sədri mətbuat konfransında partiya daxilində yaranmış mövcud vəziyyətə və ictimaiyyətdə yaranan bəzi suallara aydınlıq gətirib. Mütəllim Rəhimli bildirib ki, son dövrlər partiya daxilində pozucu fəaliyyət göstərən bəzi qüvvələr ümumi işin gedişatına mənfi təsir göstərir və cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar.

O, çıxışında Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun siyasi irsinə də toxunub:

“Ədalət Partiyasının sabiq sədri rəhmətlik İlyas İsmayılov ədalətli bir insan olub, onun qapısı həmişə hamının üzünə açıq olub. Bu gün İlyas İsmayılovun qurduğu, yaratdığı partiyaya, habelə onun kürsüsünə məcburi şəkildə oturmaq istəyənlər onu avtoritar münasibətdə günahlandırırlar. Belə pozucu və iddialı qüvvələr partiya daxilində ümumi münasibətləri pozmağa, nifaq salmaga xidmət edir”.

Mütəllim Rəhimli həmçinin partiya üzvlərinə səbrli və təmkinli olmağı tövsiyə edib:

“Bir partiyada birləşdiyimiz məsləkdaşlarıma partiya daxilində baş verən bu neqativ hadisələrə qarşı tolerant olmağı tövsiyə edirəm. Hər halda biz bir partiyanın üzvü olmuşuq, isti münasibətlərimiz olub”.

Konfransda partiyanın Ali Məclisi ilə bağlı da ətraflı məlumat verilib. M. Rəhimli bildirib ki, hazırda Ali Məclisin 65 üzvü var. Bunlardan 56 nəfəri ölkənin müxtəlif rayon təşkilatları tərəfindən seçilmiş nümayəndələrdir, 9 nəfər isə partiyanın 8-ci qurultayında birbaşa seçilib.

“Ali Məclisin aprelin 19-da keçirilən iclasında 56 üzv iştirak edib. Bu iclasın da videomaterialı və protokolu əlimizdədir. Yəni, Ali Məclisin iclasının guya yetərsay olmadan, qanunsuz keçirildiyi barədə kimsə artıq-əskik danışa bilməz”, – deyə o əlavə edib.

Təşkilat Komitəsinin sədri qeyd edib ki, Meydan Babayev Ali Məclisin iclasının qarşısını almaq üçün gecə partiyanın ofisinin qapısını dəyişdi və partiya üzvlərinin oraya daxil olmasına imkan verməyib:

“Mən buna çox təəssüf edirəm. Ali Məclisin sədri Ali Məclis üzvlərinin üzünə qapını bağladı. Bu, hansı qanuna və etikaya sığır?! İnsanlar orada emosional vəziyyətə çatmışdılar. Onları güclə sakitləşdirdim və iclasımızı keçirdik. Biz partiyanın qapısının bağlanması faktı ilə bağlı polisə müraciət etdik. Polis hadisəni araşdırmaqdadır. Qeyri-qanuni hərəkət mütləq özünün adekvat qanuni cəzasını alacaq”.

O bildirib ki, partiya daxilində pozucu fəaliyyət yürüdən 7 nəfərdən ibarət bir qrup ölkə mediasına onu partiyanın sıralarından çıxardıqlarını bəyan ediblər. M.Rəhimli qeyd edib ki, bu, qeyri-qanuni qərardır.

M. Rəhimli söyləyib ki, aprelin 19-da Ali Məclisin iclasını keçirib, mayın 17-də partiyanın növbəti qurultayının çağırılması barədə qərar veriblər.

M.Rəhimli bildirib ki, Ədalət Partiyasının mərkəzində baş verən hadisələr partiya üzvləri arasında narahatlıqla qarşılanır:

“Bir çox üzvlərimiz öz mövqelərini açıqlayıblar. Təəssüf ki, əks tərəf yalan informasiyaları dövriyyəyə buraxır və cəmiyyəti aldatmaqla məşğuldur”.

Mətbuat konfransı partiya daxilindəki gərginliklərə və onların aradan qaldırılmasına yönəlmiş mesajlarla yekunlaşıb.

Avropa.info

Əvvəlki Yazı

Türkiyə Beynəlxalq Ədliyyə Məhkəməsində İsrailin cinayətlərini açıqladı: Bu, kollektiv cəzadır

Növbəti Yazı

Muğlada 4,1 bal gücündə zəlzələ baş verib

XƏBƏR LENTİ

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
13
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
8
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
3
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
11
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
1
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
1
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
8
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
117
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2026 / 11:27
9
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

15 İyul 2026 / 10:22
1
Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

15 İyul 2026 / 9:46
5
Argentina-Misir oyununda hakim ədalətsizlikləri – Video

İspaniyanin rəqibi bu gün bəlli olacaq

15 İyul 2026 / 9:30
2
Ceyms Cey Karafano:”Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib”

Leon Aron:”Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə bilər”

15 İyul 2026 / 9:21
1
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

15 İyul 2026 / 9:07
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.