14 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: Mən kəşfiyyatçı kimi Birinci Qarabağ müharibəsində döyüşmüşəm, sonra ermənilərə əsir düşmüşəm

May 19, 2025
Sosial
A A

“Mənim anam Azərbaycanın məşhur aktrisası Münəvvər Kələntərlidir. Anam 1963-cü ildə dünyasını dəyişib. İki dəfə ailə həyatı qurub. İlk evliliyindən bacım Validə dünyaya gəlib, ikinci evliliyindən isə mən doğulmuşam. Anam da, bacım da 51 yaşında rəhmətə gedib. 60 yaşın içindəyəm. İki oğul, iki qızım var. Bir oğlum Rusiyada yaşayır, generaldır.

O biri oğlum evlənəndən sonra Balaxanıya köçdü, kiçik qızım ailəsi ilə kirayədə yaşayır, mən isə böyük qızım və yoldaşımla Keşlədə qəzalı evdə qalıram.

Dolana bilmirəm, məcburam ki, küçələrdən butulka yığıb satım. Yaxud da kiməsə kömək etməliyəm ki, mənə əvəzində bir çörək pulu versin. Mən kəşfiyyatçı kimi Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Kəlbəcərdə, Ağdamda, Laçında döyüş yolu keçmişəm. Sonra ermənilərə əsir düşmüşəm. Bu gün 50 manatdan başqa məcavib almıram. Gözlərim bir neçə faiz görür. Səhhətim də, yaşayışım da çox pisdir”.

Avropa.info  xəbər verir ki, bunu “moderator.az”a açıqlamasında görkəmli sənətkar Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədov deyib.

O daha sonra əlavə edib:

“Mənim atam da sistem işçisi olub. Bir neçə filmdə, o cümlədən “Qara volqa”-da çəkilib. Mənim 2 yaşım olanda anam məni uşaq evinə qoyub. Ana qayğısı görməmişəm. “Pəncərədə işıq” filmini o vaxt uşaq evində çəkirdilər. Həmin filmdə bir neçə epizodda mən də düşmüşəm. Anam yadıma gəlmir. Deyilənə görə məni 1-ci həyat yoldaşının etirazına görə uşaq evinə atıb.

Ayrılmışdı ondan, amma gəlib-gedirdi. Anam bacım Validəni saxlayıb. Anamı şəkildə görmüşəm. Uşaq evində deyirdilər ki, sənin o boyda anan var idi, niyə gəlib-getmirdi? Bütün sualların qarşısında susurdum. Vaxtilə anam mənə baxsaydı bu günlərə düşməzdim. Bir bacım oğlu var, o da hərdən gedib-gəlir. Bəzən mənə köməklik edir” deyə sənətkarın övladı olduğunu deyən şəxs bildirib.

O daha sonra anasından ona qalan əşyalardan danışıb:

“Anamdan mənə Lənkərandakı Böyük bazar deyilən ərazidə bircə evi yadigar qalıb. Onu da o vaxt Heydər Əliyev anama vermişdi. Ora muzey kimi fəaliyyət göstərir. Açarı tək məndədir. Bir də qonşuya vermişəm ki, turistlər gələndə açıb göstərsin. Həmin muzeydə anamın bir neçə şəxsi əşyası, xüsusilə də qramafonu var.

O qramafonu Həsən Məmmədov “Arşın mal alan” filmi çəkiləndə atamdan icazə alıb çəkilişdə istifadə etmək üçün aparmışdı. Bilirsiniz ki, bu film iki dəfə, 1945 və 1965-ci illərdə çəkilib. Söhbət 1965-də çəkilən filmdən gedir. O zaman artıq anam iki il idi dünyasını dəyişmişdi” deyə sənətkarın övladı bildirib.

Əli Məhəmmədov iddia edib ki, daha bir məşhurla qohumluq əlaqələri var:

“Mənim ögey bacım da diktor Şərqiyyə Hüseynovadır. O da mənə kömək edə bilmir. Özü də şəkər xəstəsidir, üstəgəl də gözlərinə mirvari suyu gəlib. Necə baxsın? Tək adamdır, özü güc-bəla ilə dolanır” deyə o bildirib.

Əvvəlki Yazı

Türkiyə-ABŞ Suriya İş Qrupu toplantısı ABŞ-da keçiriləcək

Növbəti Yazı

Bako Saakyan hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

XƏBƏR LENTİ

Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?-Vüqar Dadaşov yazir

14 Avqust 2026 / 13:48
1
Putin təsdiqlədi:Əcnəbilər bu hallarda Rusiyadan çıxarılacaqlar

Rusiya NATO-nun müdafiə imkanları ilə bağlı narahatlıqları gücləndirib.

14 Avqust 2026 / 11:54
17
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:”SEPAH İranın siyasi qərarvermə mexanizmini ələ keçirir”

14 Avqust 2026 / 10:39
56
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

14 Avqust 2026 / 10:07
14
Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

14 Avqust 2026 / 9:54
18
Antalyada meşə yanğını nəzarət altına alınıb

Antalyada meşə yanğını nəzarət altına alınıb

14 Avqust 2026 / 9:31
14
Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

14 Avqust 2026 / 9:26
10
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

14 Avqust 2026 / 9:14
22
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

14 Avqust 2026 / 9:10
117
Zelenski yeni sülh planını ABŞ-a təhvil verib

Politico: Zelenski ABŞ-a yeni səfir tapa bilmir

14 Avqust 2026 / 9:04
3
Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

14 Avqust 2026 / 8:58
9
Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

14 Avqust 2026 / 8:42
5
Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kart oğurlanıb

Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kart oğurlanıb

14 Avqust 2026 / 8:09
8
Ukraynanin Rusiyadaki hədəfi bəlli oldu-Amma…

Ukraynanin Rusiyadaki hədəfi bəlli oldu-Amma…

14 Avqust 2026 / 8:01
13
Oman sahillərində kütləvi neft sızıntısı geniş əraziyə yayılıb

Oman sahillərində kütləvi neft sızıntısı geniş əraziyə yayılıb

14 Avqust 2026 / 7:56
9
Xankəndinə daha 22 ailə köçürüldü

Xankəndinə daha 22 ailə köçürüldü

14 Avqust 2026 / 7:50
8
Qahirədə ticarət mərkəzində dəhşətli partlayış baş verib – Ölənlər və yaralananlar var – Video

Qahirədə ticarət mərkəzində dəhşətli partlayış baş verib – Ölənlər və yaralananlar var – Video

14 Avqust 2026 / 7:44
21
ABŞ hakimi Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı “antisemitizm” iddiasından imtina edib

ABŞ hakimi Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı “antisemitizm” iddiasından imtina edib

14 Avqust 2026 / 7:27
30
RİA Novosti:”Təqaüdçüləri mənzil üçün öldürürlər, Ukrayna Silahlı Qüvvələri Sumı bölgəsində necə vəhşiliklər edir”

RİA Novosti:”Təqaüdçüləri mənzil üçün öldürürlər, Ukrayna Silahlı Qüvvələri Sumı bölgəsində necə vəhşiliklər edir”

13 Avqust 2026 / 23:36
20
Qətər: ABŞ-İran gərginliyini azaltmaq üçün səylər davam edir, Hörmüz boğazının açılması prioritetlər sırasındadır

WSJ: ABŞ İranla gərginliyin davam etdiyi Yaxın Şərqə yeni təyyarədaşıyıcı göndərməyə hazırlaşır

13 Avqust 2026 / 23:25
23
“Bu ilin ən yüksək temperaturu” 38,1 dərəcə ilə İngiltərədə qeydə alınıb

“Bu ilin ən yüksək temperaturu” 38,1 dərəcə ilə İngiltərədə qeydə alınıb

13 Avqust 2026 / 23:18
19
Misir Xarici İşlər Naziri: Türkiyə və Misir əlaqələri möhkəm təməllərə əsaslanır

Misir Xarici İşlər Naziri: Türkiyə və Misir əlaqələri möhkəm təməllərə əsaslanır

13 Avqust 2026 / 23:14
17
Kəlbəcər rayonunda mina partlayıb – Xəsarət alan var

Kəlbəcər rayonunda mina partlayıb – Xəsarət alan var

13 Avqust 2026 / 20:43
8
İran: Heç bir gəmi İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından keçə bilməz

İran: Heç bir gəmi İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından keçə bilməz

13 Avqust 2026 / 20:01
7
 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

13 Avqust 2026 / 16:23
1
Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

13 Avqust 2026 / 16:15
10
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Türkiyə Milli Müdafiə Nazirliyi: Məkkə müqaviləsi ilə hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi planlaşdırılır

13 Avqust 2026 / 13:54
7
Bloomberg: Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

İran rəsmisindən açıqlama: “İsrail və ABŞ gəmiləri Hörmüz boğazından keçə bilməyəcək

13 Avqust 2026 / 13:10
16
Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

13 Avqust 2026 / 13:05
14
İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

13 Avqust 2026 / 13:00
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.