16 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

“Milli Cəbhə Partiyası bu gün ən öndə olan partiyalar arasındadır” – Müsahibə

Oktyabr 28, 2024
Gündəm
A A
Milli Cəbhə Partiyasının Başqanı, deputat Razi Nurullayevlə AXCP-dən ayrılmalar və müxalifətin gələcəyi barədə müsahibə.
  • AXCP-dən Asif Yusiflinin ardınca AXCP Ali Məclisin sədri Nurəddin Məmmədli də istefa verdi. Siz bu istefaları necə dəyərləndirirsiniz?

– AXCP-də başlanan istefalar gözlənilən idi və davam edəcək. Bu istefalar Əli Kərimlinin onilliklər boyu yarıtmaz və nəticəsiz siyasətindən doymuş insanların son çarəsi və çırpıntılarıdır. Nurəddin Məmmədli və Asif Yusifli kimi təcrübəli şəxslərin AXCP-dən ayrılmaları Əli Kərimlinin artıq neçənci dəfə siyasi çöküşüdür. Adam siyasi cəhətdən yıpranıb, amma bunu qəbul etmək istəmir və müxtəlif bəhanə və siyasi vədlərlə insanları yanında saxlamaq üçün tədbirlər görür. Amma, daha Əli Kərimlinin də deməyə yeni sözü və ideyası yoxdur deyə ətrafındakılar da piçı-pıçıya başlayıb. Onlar görür ki, Əli Kərimli danışdığı və göründüyü kimi deyil. O daxili ziddiyyətlər və nifrətlə dolu anlaşılmaz bir insandır. Əli Kərimli təbiətən çox qəddar və diktatorluğa meyllidir. Bəlkə də Azərbaycan siyasətində ondan çox özünə vurğun və fərqli fikri qəbul etməyən ikinci şəxs yoxdur.

Onun ətrafında olanların narazılığı həm də odur ki, o başqalarına qol-qanad açmağa, fərqli işlər görməyə, fərqli müsahibə və fərqli strategiya qurmağa icazə vermir. Bütün məsələlərdə o haqlıdır, o düşünür ki, ondan gözəl və bəlağətli danışan yoxdur, ondan gözəl strategiya düşünən də ola bilməz. Elə ki, ona sual verilir ki, bəs nəticə hanı, o həmin an sual verən şəxsi satqın elan edir və təəsüflər olsun ki, onun ən gözəl bacardığı iş də elə budur.

4-5 seçkidir ki, AXCP-də olanlar qatılmaq tərəfdarıdır və güclərini yoxlamaq istəyirlər. Əli Kərimli icazə vermir. İndi onun yanında olanlar düşünür ki, biz burada nə ilə, hansı siyasət ilə məşğuluq? Nə qədər özümüz deyib, özümüz bəyənib, özümüz paylaşacağıq? Hanı o vəd olunan xarici dəstək, hakimiyyət, vəzifələr və biznes imkanları?

Belə götürəndə Əli Kərimlinin maliyyə cəhətdən dəstəkçiləri var və pis yaşamır. Bəs onun yanındakılar? Həqiqətən normal yaşaya bilmirlər və bəziləri o qədər fanatlaşmışdı ki, az qala ailəsindən imtina etmişdi. Amma. İndi vəziyət dəyişib. Daha köhnə nağıllara inanan da kəskin azalıb.

Narazılığın başqa bir səmti isə qərarların fərdi qaydada verilməsi və sonra öz iradəsinı uyğun qəbul etdirilməsidir. Əli Kərimlinin siyasi kursu, idarəetməsi çox qüsurludur və yanında olanların da artıq gözü açılıb.

  • Siz də AXCP-də olmusunuz və sonra yollarınızı ayırmısınız. Bu qərarınızın səbəbləri nə idi?

– Çox insanlar sual verdi ki, Razi Nurullayev niyə getdi. Mən gedəndə nə demişdimsə, nə hərəkət etmişdimsə, bu gün də həmin mövqeyimi və duruşumu saxlayıram. 2015-ci ilə kimi AXCP-də Əli Kərimli ilə birlikdə oldum. Mən nə qazandım və xalqa nə verə bilmişdim?

Üzvlərimiz nə qazandı? Heç nə. Əli Kərimlinin özü nə qazandı? Bu gün cəmiyyətdə nəyəsə təsir göstərib həll edə bilirmi? Yox. Amma vətəndaşlar nəticə istəyir. Həll görmək istəyirlər. 2015-ci ildə getdim, partiya formalaşdırdım. Bu gün mən parlamentdəyəm. 2018, 2024-cü illərdə prezidentliyə namizəd oldum. Bu gün bütün Azərbaycan məni normal siyasətçi kimi tanıyır və ölkədə üzdə olan siyasətçilərdən biriyəm.

Cəbhəçilərə yazığım gəlir. Onlara düzgün seçim etməyi və Əli Kərimlinin yanından uzaqlaşmağı tövsiyə edirəm. Siyasi partiyalar və gələcəyi aydın görən təşkilatlar var. Gəlin onlarla birlikdə daha gözəl, daha demokratik və daha abad Azərbaycan üçün siyasi mübarizə aparın. Özünüzü yeni təşkilatlarda sınayın ki, potensialınız üzə çıxsın. Xalqa, millətə, Azərbaycana xidmət etmək üçün Əli Kərimlinin yanında olmağa ehtiyac yoxdur. Çünki, o zaman ancaq və ancaq onun məntiqsiz iddialarının girovuna çevriləcəksiniz.

  • Əli Kərimlinin siyasi kursunda hansı problemləri görürsünüz?

– İnkarçılıq. Onun üçün müqəddəs heç nə yoxdur. Siyasi maraqlar üçün baş kəsər, qan tökər. Mən bu cür siyasəti qəbul etmirəm. O, hakimiyyətə gəlmək üçün minlərlə qurban verməyə də hazırdır. Özündən yox, amma yanındakılardan. Bu da kənar müşahidəçi üçün çılpaq şəkildə görünür. Əli Kərimlinin siyasətində ən böyük problem bütün maliyyə və insan resurslarını özünün şəxsi liderliyini qorumağa yönəltməsidir. Bu, partiyanın ümumi mübarizədən çox fərdi siyasətə fokuslanmasına səbəb olur. Həm də dediyim kimi fikir müxtəlifliyi üçün məhdud imkanlar var. AXCP-də fərqli düşüncələrə yol verilmir.

  • Necə düşünürsünüz, AXCP-dən gedənlər Milli Cəbhə Partiyasına qoşula bilərlər? Sizin fəaliyyətiniz onları qane edə bilərmi?

– Niyə də etməsin ki? Milli Cəbhə Partiyası bu gün ən öndə olan partiyalar arasındadır və konkret uğur hekayəsi var. Professional siyasətlə məşğul olmaq istəyənlər arzularını bizim partiyada gerçəkləşdirə bilərlər. Bizim partiya sosial-demokratiya ideoloji xəttinə əsaslanaraq Azərbaycanın demokratik gələcəyinə töhfə vermək yolunu tutub.
İllərlə əldə etdiyim təcrübə ilə ölkəyə daha faydalı olmaq, gənclərin inkişafına yol açmaq istəyirəm. Milli Cəbhə Partiyasında şəffaf idarəetmə modeli və hər kəsin fərqli fikir söyləmək imkanları var. Bu, bir çox müxalifət üzvünün axtardığı platformadır.

Hədəfimiz Azərbaycanın daha güclü və daha azad bir cəmiyyət olaraq inkişaf etməsidir. Hər bir vətəndaşın hüququnu və azadlığını qorumaq bizim üçün əsas meyarlardan biridir

Əvvəlki Yazı

Özbəkstanda seçki başa çatıb

Növbəti Yazı

Saakaşvili müxalifətə çağırış edib

XƏBƏR LENTİ

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
13
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
8
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
3
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
11
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
1
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
1
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
8
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
115
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2026 / 11:27
9
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

15 İyul 2026 / 10:22
1
Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

15 İyul 2026 / 9:46
5
Argentina-Misir oyununda hakim ədalətsizlikləri – Video

İspaniyanin rəqibi bu gün bəlli olacaq

15 İyul 2026 / 9:30
2
Ceyms Cey Karafano:”Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib”

Leon Aron:”Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə bilər”

15 İyul 2026 / 9:21
1
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

15 İyul 2026 / 9:07
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.