Manşet

Mehriban Əliyeva: Arif Babayev hər kəsin sevimlisi olan Xalq artisti idi

1 Avqust 2025, 10:5643
Reklam728x90
Reklam320x100

 

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı instaqram hesabında paylaşım edib.

Avropa.info xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir.

Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!”

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600