Dünya

Macklemore konsertində Fələstini dəstəklədiyi üçün Ed Sheeranın turundan uzaqlaşdırılıb

15 Sentyabr 2026, 12:0225
Reklam728x90
Reklam320x100

 

Məşhur reper Macklemore səhnədə “Azad Fələstin” şüarını səsləndirdiyi və Qəzzadakı vəziyyətə reaksiya verdiyi siyasi çıxışlar etdiyi üçün Ed Şiranın Amerika turnesindən uzaqlaşdırılıb.

Avropa.info xəbər verir ki, Ed Sheeranın turnesində önə çıxan bir sənətçi olan reper Macklemore, sentyabrın əvvəllərində Nyu Cersidəki MetLife Stadionunda verdiyi konsertlərdə Fələstini dəstəkləyən açıqlamalar verdi və İsrailin Qəzzanı soyqırımla işğal etməsini tənqid edən “Hind’s Hall” mahnısını səsləndirdi.

Bu çıxışlardan sonra yəhudi qrupları və kampaniya təşkilatları vəziyyətə reaksiya verərək, konsertlərin siyasi mitinqə çevrildiyini bildiriblər. Yəhudi əsilli amerikalı iş adamı Robert Kraft da sənətçinin Gillette Stadionunda çıxışını qadağan etdiklərini açıqlayıb.

Tur rəhbərliyinin çirkin qərarı

Reaksiyalar artdıqca və bəzi məkanlar Macklemore çıxış etməkdən imtina etdikcə, tur təşkilatçısı Messina Touring Group bu qərarın konsertlərin ləğv olunmaması və yüz minlərlə pərəstişkarının zərər çəkməməsi üçün alındığını bildirdi.

Məsələ ilə bağlı sosial media hesabından uzun açıqlamalar verən Macklemore Ed Sheeran ilə çətin danışıqlardan sonra heyətdən çıxarıldığını təsdiqləyərək, əsl qurbanların Fələstin xalqı olduğunu bildirib və antisemitizm ittihamlarını rədd edib.

Müzakirələr digər sənətçilərə də sirayət edib

Hadisə musiqi dünyasında geniş əks-səda doğursa da, yəhudi əsilli amerikalı müğənni Pink də Macklemore-u tənqid edən yazısını yenidən dərc etdiyi üçün sosial mediada reaksiya dalğası ilə üzləşib.

Şiddətli tənqidlərdən sonra Pink heç bir hökuməti təmsil etmədiyini bildirərək uzun bir açıqlama verməli oldu. Ed Şiranın tərəfi hələlik insidentlə bağlı rəsmi açıqlama verməsə də, turun qalan hissəsində Macklemoru kimin əvəzləyəcəyi hələlik məlum deyil.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600