Mədəniyyət

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026, 21:2359
Reklam728x90
Reklam320x100

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və RM ART Studionun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş, layihə rəhbəri Aygün Əzizovanın olduğu “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində Lənkəranda müxtəlif yaş qruplarını təmsil edən 35 rəssamın iştirakı ilə etüd-ekskursiya həyata keçirilib.

Avropa.info xəbər verir ki, rəssamlar Lənkəran şəhərinin gözəl mənzərələrini kətan üzərinə köçürüb, şəhərdə ekskursiya ediblər. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova etüdlərin həm rəssamların inkişafında, həm də bölgələrimizin gənclərə tanıdılmasında, vətənpərvər gənclərin yetişməsində əhəmiyyətindən bəhs edib.

Daha sonra sözü RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudovaya verib.

Rəsmiyyə Mahmudova RM ART Studio kollektivinin etüdlərə xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, bugünkü Lənkəran etüdləri də iştirakçıların həyatında unudulmaz iz buraxıb.

Tədbirdə eyni zamanda Lənkəran şəhərindən olan Lənkəran İncəsənət Məktəbinin müəllimi Günay Talışinskaya, dəyərli ziyalı Elazə Ağayeva, Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova, rəssam-pedaqoq Zeynəb Allahverdili fəxri qonaq qismində iştirak ediblər.

Qonaqlar Boranı Restoranında möhtəşəm Lənkəran ləzzətlərinin dadına baxıb, müxtəlif növ şirniyyatlarla samovar çayı içiblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkdirilib.

Aygün Oqtay
Fotoların müəllifi: Camal

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600