Mədəniyyət

Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

28 Aprel 2026, 18:36175
Reklam728x90
Reklam320x100

 

23–24 aprel tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Tədbirdə 211 nömrəli tam orta məktəbin, Məmmədli kənd tam orta məktəbin və Heydər Əliyev adına liseyin şagirdləri maarifləndirici görüşlərdə fəal iştirak ediblər.

Avropa.info xəbər verir ki, tədbir çərçivəsində şagirdlər yazıçı Gülzar İbrahimova və Elnarə Cahan ilə görüşərək onların yaradıcılığı, əsərlərinin ideya və mövzuları, həmçinin müəlliflik hüquqları barədə ətraflı məlumat əldə ediblər. Həmçinin, şagirdlərin oxu mədəniyyətinin artırılması, kitabların əhəmiyyətinin izah edilməsi və onların mütaliəyə marağının stimullaşdırılması məqsədilə müxtəlif interaktiv proqramlar və təqdimatlar keçirilib.

Bu cür görüşlərin keçirilməsində əsas məqsəd gənc nəslin kitaba, ədəbiyyata və yaradıcılığa marağını artırmaq, müəlliflik hüquqları ilə bağlı maarifləndirməni gücləndirmək və məktəblilərin intellektual-mədəni inkişafına töhfə verməkdir.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600