11 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Kapitan Mühüd Orucov əfsanəsi – FOTOLAR

Noyabr 26, 2025
Araşdırma
A A

“Azərbaycan aslanı” – “Mixaylo”nun qəhrəmanlıq salnaməsi

Azərbaycanın azadlığı və təhlükəsizliyi uğrunda canından keçən qəhrəmanlarımızın həyat yolu şanlı bir məktəbdir – ləyaqət, vətənpərvərlik və şücaət məktəbi. Bu məktəbin yetirmələri olan qəhrəmanlar Vətənin bütövlüyü naminə yalnız öz həyatlarını deyil, bütün gələcəklərini də qurban verməyi bacaran iradə sahibidir. Onların simasında biz Azərbaycan əsgərinin qətiyyətini, qeyrətini, sarsılmaz ruhunu görürük. Belə igidlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin cəsur zabiti, ölümün gözünə dik baxan kəşfiyyatçı, döyüş yoldaşlarının “Mixaylo” adlandırdığı kapitan Orucov Mühüd Qurban oğludur. Onun keçdiyi döyüş yolu, göstərdiyi fədakarlıq və Vətənə sarsılmaz sədaqəti Azərbaycan hərb tarixində silinməz iz buraxıb. Mühüd Orucovun həyat yolu yalnız bir əsgərin deyil, bütöv bir xalqın ruhunu, mübarizə əzmini və yenilməzliyini özündə əks etdirən bir həyat hekayəsidir.

Uşaqlıqdan zirvəyə gedən yol

Mühüd Orucov 1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb. İlk təhsilini 1991-ci ildə daxil olduğu K.Kərimov adına orta məktəbdə alıb. Uşaqlıqdan hərb sənətinə olan marağı onu 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə aparıb. Burada aldığı təhsil, tərbiyə və peşəkar hazırlıq onun xarakterində intizam, cəsarət və Vətən sevgisinin daha da möhkəmlənməsinə səbəb olub. Liseyi bitirdikdən sonra Mühüd Orucov 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2006-cı ildə məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirir. Ardınca 2006–2007-ci illərdə Təlim-Tədris Mərkəzində zabit hazırlığını tamamlayır.

Xüsusi Təyinatlı Qüvvələrə gedən yol

2007-ci ildə Müdafiə Nazirliyinin əmrilə “N” saylı hərbi hissədə kəşfiyyat taqım komandiri vəzifəsinə təyin olunan Mühüd, öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələr kursuna göndərilir və kursu yüksək nəticə ilə başa vurur. Xidmətdə göstərdiyi uğurlara görə qısa zamanda Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri olur. Hərbçi dostlarının dediyinə görə, Mühüd ən riskli istiqamətlərə, ən çətin əməliyyatlara könüllü gedən zabit idi. Bu səbəbdən döyüş yoldaşları ona “Mixaylo” ləqəbini veriblər. Bu ad yalnız ləqəb deyildi, Mühüdin şəxsi keyfiyyətlərinə verilən dəyər, onun döyüş ruhunun təcəssümü idi. Bir dəfə ezamiyyətdə olduğu hərbi hissədə bir hərbçi ona deyir: “Sən eşitmisən, deyirlər bir Mühüd adlı oğlan var, adına ‘Mixaylo’ deyirlər. Yaman qəhrəmandır. Bizim tərəflərdəndir deyə soruşuram, onu tanımırsan?” Mühüd gülümsəyib cavab verir: “Xeyr, heç rastlaşmamışam. Görsəm salamını çatdıraram”. Bu sadə dialoq onun təvazökarlığının ən gözəl nümunələrindəndir.

Mühüdin döyüş yolu və əfsanəyə çevrilən fədakarlığı

Xidməti dövründə Mühüd Orucov bir çox uğurlu məxfi əməliyyatlarda iştirak edib. Onun rəhbərliyi və iştirakı ilə düşmən təxribatlarının qarşısı dəfələrlə və vaxtında alınıb. Bu əməliyyatların bir çoxunun təfərrüatları bu gün də sirr olaraq qalır. 2014-cü ildə bir əməliyyatı xüsusi uğurla icra etdikdən sonra Prezident İlham Əliyev Mühüd Orucova xatirə olaraq saat hədiyyə etmişdi. Sonralar bu səhnə onun doğmaları tərəfindən həm qürur, həm də hüzn dolu bir xatirə kimi danışılırdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da onu yüksək qiymətləndirərək “Azərbaycan aslanı” adlandırmış və ğzü şəxsən təltif etmişdi.

Aprel döyüşlərində son nəfəsə qədər savaş

2016-cı ilin Aprel döyüşləri zamanı Mühüd Orucov yenidən ən ön cəbhədə idi. Düşmənin illərlə “keçilməz sədd” kimi təqdim etdiyi mövqeləri yarıb keçən qəhrəmanlardan biri də məhz o oldu. Döyüş yoldaşlarının dediyinə görə, Mühüd son ana qədər yaralı əsgərlərini döyüş zonasından çıxarır, onları həkimlərə təhvil verirdi. Özü də yaralı olmasına baxmayaraq həkimlərin arxada qalmaq barədə təkidini qəbul etmir, ön xəttə qayıdıb döyüşü axıra qədər davam etdirirdi. Mühüd həmin ilin aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə mərmi partlayışı nəticəsində qəhrəmancasına şəhid olur. Aprelin 9-u kapitan Mühüd Orucov öz doğma kəndi Fərəhlidə izdihamla son mənzilə yola salındı.

Adı əbədiyaşar “Azərbaycan aslanı”

Bu gün Mühüd adı çəkiləndə ilk yada düşən mərdlik, cəsarət, qürur və Vətənə sonsuz sevgi olur. Bu mənada, Mühüd şəhid olduqdan sonra xalq onu unutmadı: yüzlərlə ailə yeni doğulan körpəsinə “Mühüd” adını qoydu. Bu ad bu gün də qürurla daşınır, yaşadılır. Bəli, kapitan Mühüd Orucov yalnız ailəsinin, doğmalarının deyil, bütün Azərbaycanın övladıdır. Onun keçdiyi şərəfli yol gələcək nəsillərə örnək, əbədiyaşar bir məktəbdir. Vətən müharibəsinin qəhrəmanları sırasında onun adı hər zaman xüsusi ehtiramla çəkiləcək. Onu da qeyd edim ki, kapitan Orucov hələ xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Qüsursuz xidmətə görə” III dərəcə, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcə medalları ilə təltif edilib. Bundan əlavə, o, Ali Baş Komandan və Müdafiə naziri tərəfindən dəfələrlə mükafatlandırılıb. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb.

Səid Əhmədli

Əvvəlki Yazı

İrəvandan ŞOK AÇIQLAMA: Zəngəzur dəhlizi Türkiyə şirkətinə icarəyə verilə bilər

Növbəti Yazı

“Reyhan Yusifqızı – 60 ” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib

XƏBƏR LENTİ

Putin: SVO əsgərləri əsl qəhrəmandırlar, hər gün irəli gedirlər

Putin: SVO əsgərləri əsl qəhrəmandırlar, hər gün irəli gedirlər

10 Avqust 2026 / 17:15
1
NYP: Ana ərinə qorxunc bir video göndərdi, bundan sonra ABŞ-da iki uşağı öldürdü

NYP: Ana ərinə qorxunc bir video göndərdi, bundan sonra ABŞ-da iki uşağı öldürdü

10 Avqust 2026 / 17:08
8
Qaradağ ərazisində dənizdə 2 qadın batib

Qaradağ ərazisində dənizdə 2 qadın batib

10 Avqust 2026 / 16:27
14
Qəzzada vəhşilik 3 fotoşəkildə qeydə alınıb: İsrail iki yaşlı fələstinlini canlı qalxana çevirərək edam etdi

Qəzzada vəhşilik 3 fotoşəkildə qeydə alınıb: İsrail iki yaşlı fələstinlini canlı qalxana çevirərək edam etdi

10 Avqust 2026 / 16:15
7
 İsrail ordusu Livanın cənubunda artilleriya hücumlarına başlayıb və bəzi evləri yandırıb

 İsrail ordusu Livanın cənubunda artilleriya hücumlarına başlayıb və bəzi evləri yandırıb

10 Avqust 2026 / 16:06
11
İstanbulda 57 yaşlı azərbaycanlı qadın evdə ölü tapıldı

İstanbulda 57 yaşlı azərbaycanlı qadın evdə ölü tapıldı

10 Avqust 2026 / 15:45
10
Sumqayıt Dövlət Universitetinin rektoru sumqayıtlı abituriyentlərə müraciət etdi – FOTO

Sumqayıt Dövlət Universitetinin rektoru sumqayıtlı abituriyentlərə müraciət etdi – FOTO

10 Avqust 2026 / 12:59
5
Elektron resurslar virtual oxuculara təqdim edilib

Elektron resurslar oxuculara təqdim olunub

10 Avqust 2026 / 10:47
7
Tural İrfan:“Netanyahunun Məqsədi Sülh Deyil…”

Tural İrfan: “ABŞ-ın dəstəyi kənar müdaxilələrin qarşısını aldı”

10 Avqust 2026 / 10:32
33
Samux rayonunda Kürdə batan 17 yaşlı qızın meyiti tapıldı

Samux rayonunda Kürdə batan 17 yaşlı qızın meyiti tapıldı

10 Avqust 2026 / 10:27
12
Şimali Koreya Rusiyaya 50 min əsgər göndərir

Şimali Koreya Rusiyaya 50 min əsgər göndərir

10 Avqust 2026 / 10:08
14
Kanadada nəzarətdən çıxan meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Kanadada nəzarətdən çıxan meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

10 Avqust 2026 / 10:01
17
Yunanıstanın 106 fərqli yerində Fələstinə azadlıq mitinqləri keçirilib

Yunanıstanın 106 fərqli yerində Fələstinə azadlıq mitinqləri keçirilib

10 Avqust 2026 / 9:29
18
Zaqatala İcra başçısının sürücüsü qəzada öldü

Zaqatala İcra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 / 9:22
12
Polşa Ukraynada korrupsiyanın ən populyar forması adlandırıb

Polşa Ukraynada korrupsiyanın ən populyar forması adlandırıb

10 Avqust 2026 / 9:18
16
Husilər Səudiyyənin Yəməndəki qüvvələrinə yenidən zərbə endiriblər

Husilər Səudiyyənin Yəməndəki qüvvələrinə yenidən zərbə endiriblər

10 Avqust 2026 / 9:07
3
Myanmada döyülən 19 yaşlı rusiyalı qadın köləlikdən çaydan keçərək xilas olub

Myanmada döyülən 19 yaşlı rusiyalı qadın köləlikdən çaydan keçərək xilas olub

10 Avqust 2026 / 9:01
10
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Moskvada Qısqanclıq, Rusiya 30 İl Sülhə Mane Olub”

10 Avqust 2026 / 8:46
80
AP: Kamerunun 92 yaşlı prezidenti 2 ay əvvəl Avropaya getdi və yoxa çıxdı

AP: Kamerunun 92 yaşlı prezidenti 2 ay əvvəl Avropaya getdi və yoxa çıxdı

10 Avqust 2026 / 8:38
9
Bu gecə Rostov vilayəti üzərində Ukraynanin 70-dən çox pilotsuz təyyarəsi vurulub

Bu gecə Rostov vilayəti üzərində Ukraynanin 70-dən çox pilotsuz təyyarəsi vurulub

10 Avqust 2026 / 8:15
12
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Dünya Müsəlman Alimləri Birliyindən “Məkkə Birgə Müdafiə Müqaviləsi”nə dəstək

10 Avqust 2026 / 7:48
4
ABŞ-da supervulkan püskürməsi bəşəriyyəti təhdid edir: Təfərrüatlar

ABŞ-da supervulkan püskürməsi bəşəriyyəti təhdid edir: Təfərrüatlar

10 Avqust 2026 / 7:37
5
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov: “İranla Diplomatik Yaxınlaşma Taktikidir, Strateji Ziddiyyətlər Qalır”

09 Avqust 2026 / 18:57
57
Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsi planını rədd etdiklərini açıqladı

Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsi planını rədd etdiklərini açıqladı

09 Avqust 2026 / 18:12
1
Lukaşenko belarusları kəndlərdə daxma almağa çağırır

Lukaşenko belarusları kəndlərdə daxma almağa çağırır

09 Avqust 2026 / 13:07
19
Odessa və Çernomorsk limanlarında hərbi texnika anbarlarına zərbələr endirilib

Odessa və Çernomorsk limanlarında hərbi texnika anbarlarına zərbələr endirilib

09 Avqust 2026 / 10:38
3
Rusiya Ordusu Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində yerləşən pilotsuz təyyarə anbarlarını “Ətirşah”la vurub

Rusiya Ordusu Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində yerləşən pilotsuz təyyarə anbarlarını “Ətirşah”la vurub

09 Avqust 2026 / 10:29
10
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

09 Avqust 2026 / 10:19
12
TASS: Ukrayna Silahlı Qüvvələri üçün yerüstü robot sistemləri Xarkov universitetində yığılır

TASS: Ukrayna Silahlı Qüvvələri üçün yerüstü robot sistemləri Xarkov universitetində yığılır

09 Avqust 2026 / 10:07
6
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

Məhəmməd Bağet Zülqədr: “ABŞ dəniz blokadasını ləğv etməli və qoşunları İran ətrafından çıxarmalidir”

09 Avqust 2026 / 9:59
5
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.