10 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

Avqust 13, 2026
Sosial
A A

 

Kənd Təsərrüfatı Nazirliyi Samux rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Avropa.info sözügedən açıqlamanı təqdim edir:

“Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib.

Hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib.

Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər.

Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində  xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb”.

Xatırladaq ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də birgə məlumat yayıb.

Əvvəlki Yazı

Türkiyə Milli Müdafiə Nazirliyi: Məkkə müqaviləsi ilə hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi planlaşdırılır

Növbəti Yazı

 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

XƏBƏR LENTİ

Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

10 Sentyabr 2026 / 14:16
26
İspaniya tarixinin ən isti yayı keçirib

İspaniya tarixinin ən isti yayı keçirib

10 Sentyabr 2026 / 13:54
15
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyev İƏT-in Baş katibini təbrik edib

10 Sentyabr 2026 / 12:49
3
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür”

10 Sentyabr 2026 / 11:38
59
Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 / 10:54
27
Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

10 Sentyabr 2026 / 10:03
17
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

10 Sentyabr 2026 / 10:00
17
Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

10 Sentyabr 2026 / 9:55
26
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdab Sakinləri Rayon Polis Əməkdaşlarina Təşəkkür Etdilər

10 Sentyabr 2026 / 9:49
435
ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

10 Sentyabr 2026 / 9:07
6
İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

10 Sentyabr 2026 / 8:59
5
Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

10 Sentyabr 2026 / 8:53
12
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

WSJ: İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 / 8:39
9
25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

10 Sentyabr 2026 / 8:31
11
Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
2
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
12
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
14
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
74
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
71
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

Almaniyada AfD-nin tarixi seçki qələbəsindən sonra kütləvi etirazlar başlayıb

09 Sentyabr 2026 / 8:25
23
Merkel: Ürəyim qan agladi

Merkel: Ürəyim qan agladi

09 Sentyabr 2026 / 8:02
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.