Dünya

İtaliyadan Livana dəstək

19 Oktyabr 2024, 12:272
Reklam728x90
Reklam320x100

Livana bütün cəbhələrdə kömək etməyə hazırıq.

Avropa.info xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni Livana səfəri çərçivəsində bu ölkədən olan həmkarı Nəcib Mikati ilə görüşdə deyib.

O bildirib ki, Qəzzada davamlı sülh mütləqdir:

“Birləşmiş Millətlər Təşkilatının Beyrutdakı sülhməramlı qüvvələri gücləndirilməlidir. Bu ölkə böyük çətinliklərin öhdəsindən gəlməyə çalışır. İtaliya bütün istiqamətlərdə yardım göstərməyə hazırdır. Hazırda Livanda baş verən toqquşmalara görə 1 milyondan çox livanlı öz evlərini tərk edib. Biz bu məsələni Avropada qaldıracağıq. Qaçqınların öz ölkələrinə qayıtması üçün lazımi şəraitin yaradılmasını təmin edəcəyik”, – C.Meloni bildirib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600