Dünya

İsrailin Qəzzada son 24 saatda atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 4 nəfər həyatını itirib

8 Sentyabr 2026, 13:598
Reklam728x90
Reklam320x100

 

israil ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saatda 4 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyindən  Qəzzada edilən yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərlə bağlı son məlumatlar paylaşılıb.

İsrailin atəşkəsə baxmayaraq hücumlarının davam etdiyi Qəzzada son 24 saatda 4 nəfərin həyatını itirdiyi, 5 nəfərin isə yaralandığı bildirilib.

Bildirilib ki, Qəzzada atəşkəsin qüvvəyə mindiyi 2025-ci il oktyabrın 10-dan indiyədək 1355 nəfər həyatını itirib, 4 min 516 nəfər yaralanıb, 827 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisinin 73 min 662-yə, yaralı sayının isə 174 min 627-yə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600