Qəzza zolağında soyqırım törədən İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda son 24 saatda 3 nəfərin daha ölməsi ilə 2023-cü ilin oktyabr ayından bu yana ümumi can itkisi 73 min 789-a yüksəlib.
Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabr ayından bu yana davam edən hücumlarında ölənlərlə bağlı son məlumatlar paylaşılıb.
Açıqlamada son 24 saatda Qəzzada 3 ölü, 27 yaralının xəstəxanalara çatdırıldığı, İsrailin 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisinin 73 min 789 nəfərə, yaralı sayının isə 174 min 798 nəfərə yüksəldiyi bildirilib.
Açıqlamada Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana İsrailin hücumlarında 1375 nəfərin öldüyü, 4686 nəfərin yaralandığı, 831 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığı vurğulanıb.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.




























