Qəzzada HƏMAS-ın silah təchizatına cavabdeh komandiri öldürülb
İsrail hərbçiləri Qəzza zolağına yeni hədəfli zərbə endirdiyini elan edib, nəticədə HƏMAS-ın hərbi qanadının komandirlərindən biri məhv edilib.
Avropa.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, zərbə Qəzza şəhərinin ərazilərindən birinə endirilib. Onun hədəfi bölgədəki Həmas yaraqlılarını silahla təmin etməkdən məsul olduğu iddia edilən Ömər Məhəmməd Rüşdi əl-Sərrac olub.
İsrailin bəyanatında Sarracın hərəkatın hərbi qanadının “komandirlərindən biri” olduğu və bölmələrini silahla təmin etməkdə iştirak etdiyi bildirilib.
Eyni hücum zamanı İsrail ordusunun məlumatına görə, HƏMAS silahlı qüvvələrinin daha bir üzvü məhv edilib. Hərbçilər onun adını açıqlamayıblar.






























