Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum ediblər
Yanğın Abha şəhərindəki neft emalı zavodunda başlayıb. İranın İRİB televiziya şirkəti xəbər verir ki, buna səbəb Yəmən husilərinin Səudiyyə Ərəbistanındakı hədəflərə zərbələr endirməsi olub.
Avropa.info xəbər verir ki, Husilərin Abha şəhərində neft emalı zavoduna hücum etdiyi bildirilir.
Bir gün əvvəl Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri Yəmənin Zubab şəhəri yaxınlığındakı əraziyə bir neçə zərbə endirib. Hücumun Taiz vilayətində Qırmızı dəniz sahilində yerləşən yaşayış məntəqəsinə edildiyi məlum olub. Bombalama nəticəsində ölənlər var.
Xatırladaq ki, İranın dəstəklədiyi, husilər də adlandırılan Ənsar Allah hərəkatı Yəmənin qərb sahillərində sürətli hücum həyata keçirərək, Bab əl-Məndəb boğazındakı Perim adasına da daxil olmaqla, bütün bölgəyə nəzarəti bərqərar edib.
Bundan əvvəl husilər Taiz və Hudeyda əyalətlərindəki ərazilərə nəzarəti bərqərar etmişdilər.
Bundan sonra Səudiyyə Hərbi Hava Qüvvələri Yəmənin Taiz əyalətinə zərbələr endirib, itkilər var.
Yəmən husiləri kimlərdir və onların ABŞ ilə münaqişəsi niyə bu qədər vacibdir?






























